“Elə sənətçilər var ki, gəlirini işinə xərcləyir, bəziləri problemini həll edir, kimisi isə arzusunu reallaşdırır. Mənim nə qədər çox qazancım olsa, bir o qədər də layihələrim ərsəyə gəlir”.

OLAY yazır ki, bu sözləri “10-da görüşək” proqramında Xalq artisti Aygün Kazımova deyib.

O bildirib ki, əldə etdiyi gəliri işi üçün xərcləyir:

“Düşünürəm ki, etdiyim düzgündür. Miras kimi evim və sairə qalacaq. Məndən qızıma qalanlar ona bəs edər. Bunlar, mal-mülk... Dünya Süleymana qalmayıb. Amma kliplərim, konsertlərim, mahnılarım və filmlərin daim yaşayacaq. Əşya isə xarab olacaq”.

“Məndən qızıma qalanlar ona bəs edər”