Dünyaca məşhur ulduzlar Kardi Bi və Madonna arasında dava çıxıb.

OLAY yazır ki, buna səbəb Madonnanın etdiyi paylaşım olub.

“30 il öncə “S.E.X” adlı kitab yazdım, sonrakı bir neçə il boyunca dar düşüncəli insanlar tərəfindən fahişə adlandırıldım. Bu gün sayəmdə Kardi Bi “Wap” mahnısını səsləndirə bilir, Kim Kardaşyan çılpaq ombası ilə pozalar verir, Mayli Sayrus “Wrecking ball” mahnısını oxuyur. Buyurun, fahişələr” paylaşımından sonra statusuna Coker stikeri də əlavə edib.

Madonnayla Kardi Bi bir-birini təhqir etdi

Kardi Bi isə onun sözlərinə əsəbiləşərək fikirlərini belə ifadə edib:

“Onun mahnılarını dinləyərək böyüdüyüm üçün bu qadına həmişə hörmət etmişəm, ancaq düşüncələrini sayğısız bir şəkildə və cümlənin sonuna Coker stikeri qoymaqla ifadə edə bilməz. Heç kim, xüsusilə də ağdərili bir qadın məni aşağılaya bilməz. ...dir!”.

Madonnayla Kardi Bi bir-birini təhqir etdi

Daha sonra Madonna Kardiyə zəng edib və tərəflər arasındakı gərginlik sonlanıb.

Madonnayla Kardi Bi bir-birini təhqir etdi Madonnayla Kardi Bi bir-birini təhqir etdi