2025-ci ildə məşhur simalar “look”ları ilə seçildilər.
OLAY yazır ki, ulduzlar səhnələrdə, qırmızı xalçalarda, konsertlərdə və tədbirlərdə seçdikləri libasları ilə diqqət çəkməyi bacardılar. Onlardan bir neçəsini təqdim edirik:
“Liatris Holding” in rəhbəri Ruhiyyə Əliyeva İtaliyada “Bvlgari” brendinin tədbirinə yaşıl rəngli, uzun tül libası ilə qatılıb. O zərif stilini sadə saç-makyaj və aksesuarları ilə tamamlayıb.

Xalq artisti Röya Ayxan bu il Kann Film Festivalına qatılıb. Onun tədbirdə geyindiyi qara, parıltılı və dekolteli libası ilin yadda qalanları sırasına daxil olub.

İlin yadda qalan “look”larından biri də Avroviziya qalibimiz Nigar Camalın “Dream Fest”də geyindiyi qara rəngli transparan geyimi oldu.

Xalq artisti Aygün Kazımovanın Gəncədə baş tutan MDB oyunlarının qapanış mərasimindəki səhnə geyimi diqqət çəkib. O ilin ən trend rəngi olan çəhrayı rəngli geyimi ilə çıxış edib.

Müğənni Nura Suri bu il geyindiyi çəhrayı rəngli dekoliteli libası ilə diqqət çəkib. Pərəstişkarları onun cəsarətli geyimini olduqca bəyənib.

Xalq artisti Tünzalə Ağayeva “Dream Fest”dəki qara rəngli gül detallı geyimi və qara böyük şlyapası ilə diqqət çəkib.

Model Günay Musayevanın podiumda geyindiyi transparan libası da ilin ən çox danışılan seçimlərindən biri olub.

Müğənni Natavan Həbibinin yeni il çəkilişində geyindiyi qara rəngli, üst hissəsi transparan və sinə dekolteli geyimi də yadda qalan libaslardan biri oldu.

İnfluenser Aynişan Quliyeva Venesiya Film Festivalına qara libası və 150 min dəyərində “Roberto Coin” brendinə məxsus aksesuarları qatılıb. O öz tərzini sadə makyajı və saç düzümü ilə tamamlayıb.

Əməkdar artist Dilarə Əliyeva Xalq artisti Röya Ayxanın konsertinə geyindiyi qara kostyum dəsti ilə diqqət çəkib. O öz “look”unu qara şlyapası və qızılı rəngli aksesuarları ilə tamamlayıb.
