Bakı Media Mərkəzinin istehsalı olan “44” filminin premyerası Heydər Əliyev Mərkəzində baş tutub.

OLAY-ın əldə etdiyi məlumata görə, qala gecəsi təsirli anlarla yadda qalıb.

Belə ki, filmin sonundan ekranda “İndi isə səhnəyə qəhrəmanları dəvət edirik” sözləri yazılıb.

Yazının ardından böyük pərdə açılıb və səhnəyə şəhid anaları çıxıb.

Həmçinin Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva şəhid ailələri ilə səhnədə görüşüb.

Qeyd edək ki, serialda əsas obrazları Özge Gürellə İbrahim Çingiz canlandırıb.