Yayın son istirahət günü Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” adlı bağlanış konserti olub.

OLAY yazır ki, gecə maraqlı duetlərə səhnə olub. Fərqli nəsillərin nümayəndələri birlikdə hit mahnıları səsləndiriblər.

Samirə Ali Məryəm Xalq artisti Röya Ayxanla hit olun dueti “Dəli küləyim”i bu dəfə ProMeteylə oxuyub.

Almaz Ələsgərova Elçin Cəfərovla “Qadasın mən alım” mahnısını səsləndirib.

Xalq artisti Aygün Kazımova zamansız hiti “Ya devuşka vostoçnaya”nı Zamiq Hüseynovla bölüşüb.

İllər sonra fərqli duetlər!Nazim Pişiyari ləqəbini aldığı “Faytonçu” mahnısını son illərin parlayan ulduzu Mehin Hümbətova ilə duet şəklində təqdim edib.

İllər sonra fərqli duetlər!Elnur Məmmədov “Muleyli”sinin yarısını Günay İbrahimliyə həvalə edib. Onların çıxışı maraqla qarşılanıb.

İllər sonra fərqli duetlər!Xalq artisti Nazpəri Dostəliyeva “Avroviziya”dan sonra şöhrət nərdivanlarını sənəti ilə dırmaşan İlkin Dövlətovla duet oxuyub. Onlar “Yandırdın qəlbimi” mahnısını səsləndiriblər.

İllər sonra fərqli duetlər!TikTok-da mahnıları zaman-zaman viral olan Cavidan Fatihi səs tembrinin də bənzədiyi Xalq artisti Mübariz Tağıyevlə “Xatirə”yə ikinci həyat verib.

Gecənin ən duyğulu performansı isə mərhum Aygün Bəylərlə Almaxanım Əhmədlinin virtual dueti olub. Bəylərin “Yaxşı ki, sən varsan” mahnısı hər kəsi kədərləndirib.

Əməkdar artist Xəyyam Nisanov və Aisel “Ağ mələyim” duetini səsləndirilib.

İllər sonra fərqli duetlər!“Avroviziya” qalibimiz Nigar Camal tərzindən kənara çıxaraq Əməkdar artist Ədalət Şükürovla “Serenada” mahnısını oxuyub.

İllər sonra fərqli duetlər!Murad Arif və Mərdan Kazımov isə rok tərzində “Qara gözlər”i ilə diqqət çəkib.

İllər sonra fərqli duetlər!İllər sonra fərqli duetlər!Xalq artisti Tünzalə Ağayeva 11 illik hiti “Xoş gəldin, gülüm” mahnısını güclü səs tembri ilə diqqət çəkən Nadir Rüstəmli ilə birgə səsləndirib.

İllər sonra fərqli duetlər!Xalq artisti Faiq Ağayev yaxın dostu Dilarə Kazımova ilə duet oxumağı üstün tutub. Onların “Gərək” adlı ifası Ağayevin repertuarındandır.

İllər sonra fərqli duetlər!