Tanınmış iş xanımı, “Liatris Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva əkiz oğulları Məhəmməd və Həsənin ad günü ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, övladlarını 14-cü doğum günü münasibətilə təbrik edib.

“Bu gün təqvimdə sadəcə bir tarix deyil.Bu gün mənim yenidən doğulduğum gündür. Çünki bu gün mənə dünyanın ən gözəl adını – ana adını bəxş edən iki mələyimin ad günüdür. Canım oğullarım, siz həyatımın ən saf duası, ən böyük möcüzəsi və Allahın mənə bəxş etdiyi ən qiymətli əmanətisiniz. Mən hər nəfəsimdə sizi yaşayıram, hər duamda adınızı çəkirəm.Arzum nə var-dövlətdir, nə də şöhrət. Mənim tək arzum sizin sağlam, xoşbəxt, vicdanlı, mərhəmətli və gözəl insan olmağınızdır. Həyat sizi nə qədər sınağa çəksə də, qəlbinizdəki yaxşılığı heç vaxt itirməyin. Bir-birinizə həmişə dayaq olun, çünki siz bu dünyaya birlikdə gəldiniz”, - deyə R.Əliyeva qeyd edib.

“Hər nəfəsimdə sizi yaşayıram”