Ötən gün müğənni Nura Suri İbrahim Çingiz və Aydan Axundzadənin qızı Mehribanın 40 günlük məclisində səhnə alıb.

Cütlüyün bir-birinə çox yaraşdığını, ideal olduqlarını bildirən müğənni məclisdə iştirak edən aktyor Murad İsmayılı görəndə verdiyi reaksiya ilə diqqət çəkib.

O, sənətçinin Ülviyyə Xəlilbəyli ilə evliliyini nəzərdə tutaraq “Bunlar da ayrıldılar amma… Siz yarıtmadınız”, - deyə, səhnədən səslənib. Surinin sözləri qarşısında təəccüblənən Murad “Hələ ayrılmamışıq” şərhini verib.

Səhnədən Murada söz atdı, cavab gecikmədi

Nura isə ona “Şükür, gündə xəbərləriniz çıxır. Allah sizi də mehriban eləsin”, - deyə, bildirib.

Sözügedən anlar OLAY-ın kamerasına tuş gəlib.

Səhnədən Murada söz atdı, cavab gecikmədi

Qeyd edək ki, uzun müddətdir cütlük küsüb-barışma xəbərləri ilə gündəmə gəlir.

Səhnədən Murada söz atdı, cavab gecikmədi Səhnədən Murada söz atdı, cavab gecikmədi