Məşhur komediyaçı Trevor Noanın zarafatı qalmaqala səbəb olub. Hadisə “Qremmi” mükafatının təqdimetmə mərasimi zamanı baş verib.

OLAY qafqazinfo-ya istinadən yazır ki, tədbirdə aparıcı olan Trevor Noa deyib ki, hər bir musiqiçi “Qremmi” mükafatını qazanmağı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı istədiyi qədər arzulayır.

“Bu da tamamilə məntiqlidir, çünki Epşteynin ölümündən sonra ona Bill Klintonla (ABŞ-nin 42-ci Prezidenti - red.) əylənmək üçün yeni bir ada lazımdır”

Trampın bu zarafata reaksiyası da özünü çox gözlətməyib:

“Mən heç vaxt Epşteyn adasında və ya onun yaxınlığında olmamışam, bugünkü yalan və böhtan xarakterli bəyanata qədər heç vaxt bu məsələdə ittiham olunmamışam, hətta feyk media tərəfindən belə. Görünür, mən öz vəkillərimi bu yazıq, acınacaqlı, istedadsız, axmaq aparıcını məhkəməyə vermək üçün göndərməli və ona qarşı böyük məbləğdə iddia qaldırmalıyam. Hazırlaş, Noa, səninlə bir az məzələnəcəyəm”.