Türkiyəli müğənni Hadise Belçika radiosu MNM-in qonağı olub.

OLAY yazır ki, aparıcı Piter Van de Veyr sənətçiyə “Eurovision”la bağlı 2009-cu ilindən bəri təklif alıb-almadığını soruşub.

Hadisə isə təklif almadığını və Türkiyənin uzun illərdir yarışmaya qatılmadığını söyləyib. Piter daha sonra Belçikanın VTM kanalından ona təmsilçi olmaq üçün təklif gəlib-gəlmədiyini də soruşub. Müğənni bildirib ki, hələ ki belə bir istək olmayıb, ancaq tələbat yaranarsa, Belçikanı təmsil edə bilər.

Hadise Avroviziyada Belçika üçün yarışa bilər Hadise Avroviziyada Belçika üçün yarışa bilər