İş xanımı, modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu qətlə yetirməkdə şübhəli bilinənlərdən birinin fotosu yayılıb.

OLAY yazır ki, 1984-cü il təvəllüdlü Namiq Əliyevin görüntüsünü E.Bəkirova ilə qohumluq əlaqələri olan influenser Aysel Şükür instaqram hesabında paylaşıb.

Dəhşətli cinayəti törətməkdə şübhəlilərdən birinin fotosu

Qeyd edək ki, aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

Dəhşətli cinayəti törətməkdə şübhəlilərdən birinin fotosu