Türk aktrisa Bilge Şen iştirak etdiyi “Altın Portakal Film Festivalı”ndakı çıxışı ilə diqqət çəkib.

OLAY yazır ki, o mükafatlandırma mərasimindəki nitqində bu sözləri deyib:

“81 yaşımdayam. 65 ildir ki işləyirəm. Bəzən qonaq aktrisa, bəzən 1 seriya, 2 seriya…Yuxarıdakılar 1,5-2 milyon qazanır, xaricdə oynayarsa, faiz alır, biz isə 5 min, 6 min, 10 min qazanırıq. Dövlət sənətçisiyəm, konservatoriya məzunuyam, 46 il ərzində 52 filmdə baş rol oynamışam. Teatrı heç nəyə dəyişmərəm. Dövlət mənə o qədər az maaş verir ki, yoxsulluq sinifinin də altındayam. 81 yaşım var, hələ də işləyirəm, özəl dərs verirəm. Azadlıq uğruna, içəridəki dostlarımızın bir gün azad olması adına, ölkəmin azadlığa qovuşub demokratiya  ilə idarə olunmasını istəyirəm, ölənə qədər”.