Müğənni Lyubov Uspenskaya “Вопрос ребром” (“Birbaşa sual”) adlı verilişdə gənclik illərindən — Kislovodskdakı “Храм воздуха” restoranında işlədiyi dövrlə bağlı maraqlı bir hadisəni bölüşüb.
OLAY yazır ki, Uspenskayanın sözlərinə görə, o, 17 yaşında bu restoranda işləməyə başlayıb və qısa zamanda çeçen və dağlı (xüsusilə Dağıstanlı) icmaların nümayəndələrinin diqqətini çəkib. Onların gənc müğənniyə olan marağı tezliklə rəqabətə və gərginliyə çevrilib.
“Orada çeçenlər də var idi, dağlılar da — hamı məni istəyirdi, hətta bir-birilə atışırdılar,” – deyə, Uspenskaya xatırlayıb.
“Restoranın sahibi qorxdu ki, orada güllə səsləri eşidiləcək və məndən qurtulmaq qərarına gəldi. Gecə, səssizcə, məni şəhərdən çıxarıb təyyarəyə mindirdilər.”
Lakin restoran sahibinin onu gizlicə şəhərdən aparmaq cəhdi başqa istiqamət alıb — bu dəfə erməni icmasının nümayəndələri məsələyə qarışaraq gənc ifaçını “xilas ediblər.
“Orada ciddi, Bakıda yaşayan ermənilər işləyirdi. Onlar vəziyyəti bilirdilər, məni qorumaq istədilər və atama dedilər ki, biz cavabdehik, heç kim onu incitməyəcək. Qızınız təhlükəsizlikdə olacaq. Beləcə mən Kislovodska qayıtdım və orada əla işlədim. Artıq heç kim mənə yaxınlaşmırdı, çünki bilirdilər: ermənilər – bu, ciddi məsələdir,” – deyə müğənni vurğulayıb.
Lyubov Uspenskaya gənclik illərində Kiyevdəki “Jokey” restoranında oxuyub, 16 yaşında Kislovodska köçüb və “Havam məbədi” restoranında çıxış etməyə davam edib. Daha sonra Yerevana yollanıb, 1978-ci ildə isə ikinci həyat yoldaşı Yuri Uspenski ilə birlikdə İtaliyaya mühacirət edib. O, bu günə qədər Uspenskaya soyadını daşıyır.