Müğənni Aysel Əlizadə avtomobil qəzasına düşüb.

OLAY yazır ki, bu barədə “Deməsəm olmaz” proqramında məlumat verilib. Verilişin aparıcısı stilist Elnur Həsənov qeyd edib ki, sənətçi xəsarət alıb:

Aysel qəzaya düşüb“Qəza dostunun avtomobili ilə olub. Təhlükəsizlik yastıqları açılıb. Gözünün altı qaralıb, burun və beyindən zədə alıb”. 

Aysel isə instaqramda post paylaşaraq hər şeyin qaydasında olduğunu vurğulayıb:

“Narahat olan hər kəsə təşəkkür edirəm.Diqqətinizə görə var olun”.