Xalq artisti Aygün Kazımova “DreamFest” beynəlxalq musiqi festivalının bağlanış gecəsində möhtəşəm səhnə performansı ilə diqqət mərkəzində olub.
OLAY yazır ki, Pop ulduz əvvəlcə festivalın firuzəyi xalçasında cazibədar görünüşü ilə kameraların qarşısına keçib. Müğənni dünyaşöhrətli modelyer Rüfət İsmayılın imzasını daşıyan qara, uzun və zərif libası ilə gecənin ən çox danışılan obrazlarından birinə çevrilib.
Onun saç düzümü stilist Günəş Nur, makiyajı isə Roma tərəfindən hazırlanıb.