Xalq artisti Aygün Kazımova və bəstəkar-müğənni Murad Arif günlərdir maraqla gözlənilən “Çalxala” adlı kliplərini təqdim edib.

OLAY yazır ki, ilk dəfə Murad Arifin “Solo” adlı konsertində səsləndirilən duet sosial şəbəkədə ən çox paylaşılan görüntülər sırasında yer alıb. Sənətçilər bir araya gələrək rəngarəng klip ərsəyə gətiriblər.

Aygün Kazımova ilə Murad Arifdən “Çalxala!”Kazımova ekran işi üçün bu dəfə də xüsusi hazırlaşıb. Pop divanın tərzi üzərində stilist Ruxa çalışıb.

Söz və musiqisi Murad Arifə məxsus olan mahnı üçün onlar 2 gün kamera qarşısında olublar. Mahnı Murad Arifin “Çalxala” adlı albomunun çıxış parçasıdır.

Aygün Kazımova ilə Murad Arifdən “Çalxala!”“Hesab edirəm ki, Aygün Kazımova ilə duet həm çoxdankı arzum, həm də yaradıcılığımın yeni mərhələsidir. Etiraz etməsə, silsilə duetlər yaradaram. Çünki onun işığını, enerjisini çox sevirəm! Ümumiyyətlə, dinamika və enerji baxımından uyğunluğumuzu hiss edirəm. Bəlkə də bu səbəbdən mahnı işıq üzü görmədən hit oldu. Müasir dövrdə çox nadir hadisədir ki, mahnı ilk dəfədən dillər əzbəri olsun. Bunu konsertimdən sonra hiss elədim. Sosial şəbəkələr dayanmır, hər kəs paylaşır” deyə, Murad duet haqda söyləyib.

Aygün Kazımova ilə Murad Arifdən “Çalxala!”Qeyd edək ki, klipi Delee Oruclu ekranlaşdırıb.

Aygün Kazımova ilə Murad Arifdən “Çalxala!” Aygün Kazımova ilə Murad Arifdən “Çalxala!”