Məşhur müğənni və aktrisa Ariana Qrande çətin anlar yaşayıb.

OLAY yazır ki, o baş rolunu canlandırdığı “Wicked” filminin Sinqapurda baş tutan qala gecəsində bir pərəstişkarının üzərinə qaçması ilə qorxaraq panikaya qapılıb. Filmdəki tərəf müqabili Sintia Erivo ona dəstək olub.

Pərəstişkarı isə mühafizəçilər tərəfindən oradan uzaqlaşdırılıb.