Afaq Gəncəli aparıcısı olduğu “Şourum” proqramı ilə Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevaya rəqib olacaq.

OLAY-ın əldə etdiyi məlumata görə, müzakirə formatına keçən veriliş hər bazar saat 10:00-da yayımlanacaq. Layihə üçün hazırlanan yeni studiya bir neçə dəfə dəyişdirilsə də, hələ ki komandanın ürəyincə olmayıb.

Qeyd edək ki, “Şourum”un yayımlanacağı saatda ATV-də “Zaurla Günaydın”, ARB TV-də isə “Günaydın, Azərbaycan!” proqramı efirə gedir.

Onu da bildirək ki, “Deyirlər ki...” rubrikasının aparıcısı Ruslan Ağayev də verilişi Afaq Gəncəli ilə birlikdə idarə edəcək.

Afaq Zaurla Xoşqədəmə rəqib olacaq Afaq Zaurla Xoşqədəmə rəqib olacaq Afaq Zaurla Xoşqədəmə rəqib olacaq Afaq Zaurla Xoşqədəmə rəqib olacaq