Tanınmış aktrisa Cəmilə Tağızadənin aktyor Cövdət Şükürovun layihə rəhbəri olduğu “Bir gün sizdə, bir gün bizdə” proqramı barədə səsləndirdiyi ittihamlarına cavab verilib.
Şükürov OLAY-a açıqlamasında həmkarlarının saxtakarlıq iddialarının tamamilə yalan olduğunu söyləyib:
“Hamısı şərdir. Yəqin ki, buna görə o cavab verəcək. Proqramda digər iştirakçılar öz dostları idi. Onlardan da soruşa bilərsiniz. Hamısının səs yazıları da məndə var. Bizim verilişdə saxtakarlıq olmayıb. Cəmilə xanımın yəqin 200 manata ehtiyacı var imiş. Yaxud da Türkiyədən gəlib PR-a ehtiyac duyub, bizimlə özünü reklam edir. Əslində çox gülməyim gəlir. Nə demək olar ki?”
Qeyd edək ki, C. Tağızadə axşam.az-a müraciətində verilişdə onun vədlərinin yerinə yetirilmədiyini söyləyib. Aktrisa bildirib ki, ona birinci olmaq söz verilib və 200 manat mükafat alacağı söylənilib. Həmçinin bazarlıqdan əlavə xərclədiyi pul da qaytarılmayıb.
Tağızadə bildirib ki, pulu qaytarılmadığı halda məhkəməyə müraciət edəcək.