Olay
Olay

Əməkdar artist istirahət mərkəzini yarım milyona satır

Əməkdar artist istirahət mərkəzini yarım milyona satır

Əməkdar artist Bəsti Bəkirova ona məxsus olan istirahət mərkəzini satır. 

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi bir neçə gün əvvəl “Həmin Zaur” proqramında açıqladığı obyektinə 1 ildən çoxdur alıcı axtarır. 

Nabrana yaxın Muxtadır qəsəbəsində yerləşən istirahət kompleksinin qiyməti 450 min manatdır.  

Bildirilir ki, pandemiya dövründə ifaçının biznesi inkişaf etməyib və məcburiyyət qarşısında məkanı satışa çıxarıb.