Olay
Olay

“Gizli nə qaldı ki?” – Elzadan Fəridlə Nagehana irad

“Gizli nə qaldı ki?” – Elzadan Fəridlə Nagehana irad

ARB TV-də yayımlanan “Elgizlə izlə” proqramında tanınmış blogerlər Fərid Abdullayev və Nagehan Abdullayevanın ikinci övladlarının dünyaya gəlməsi barədə sujet yayımlanıb.

OLAY yazır ki, kadrlarda Fərid Abdullayevin həyat yoldaşına dəstək olmaq üçün doğum otağına girməsi də əks olunub. Proqramda qonaq olan Əməkdar artist Elza Seyidcahan görüntülərə verdiyi reaksiya ilə diqqət çəkib.

O, “Bəzi şeylər var ki, Allah onları bizə intim saxlamağı məsləhət görür. Artıq bir şey qalmadı ki… Gizli nə qaldı ki? Abır-həya əldən getdi”, - deyə, söyləyib.

Qeyd edək ki, ötən günlərdə cütlüyün oğlu dünyaya gəlib. Onların Kumsal adlı bir qızları da var.