“Oğlum Zeyn mənə çox oxşayır. Asta-asta formalaşır. Baxıram ki, xasiyyəti, küsməyi hər şeyi eynilə mənəm. Mənim kimi insanlara tez yaxınlaşmır, əvvəl ehtiyat edir. Gərək bir neçə saat keçsin. Həmin adamı 2-3 gün görsün ki, yaxınlaşa bilsin”.
OLAY yazır ki, bu sözləri müğənni Zamiq Hüseynov MTV-də yayımlanan “Üzə düz” verilişində deyib.
O, 2 yaşlı oğlu Zeyn barədə söz açıb:
“Görünüşcə də mənə bənzəyir. Anam deyir ki, ona baxanda elə bilirəm ki, səni görürəm. Mənim uşaqlığımdır sanki. Musiqi duyumu çox yaxşıdır. 2 yaşı var, notları elə düz oxuyur ki...
Əsas odur ki, gələcəyi yaxşı olsun. Allah mənə can sağlığı versin ki, ona yaxşı təhsil verə bilim. Özümdə yarım qalan, edə bilmədiyimi onda etmək istəyirəm ki, o tamamlasın. Ata olandan sonra valideyn olmağın dəyərini bildim. Zeyndən sonra valideynlərimi ikiqat çox istədim. Tələbkar valideynəm. Onun hər dediyinə razı olmayacağam. Hər istədiyini almaq olmaz, çünki onda sağlam böyüməyəcək”.