“Bakıda əvvəlcədən qadın və kişilərin iştirakı ilə toylar var idi. Mən ancaq qızlar olan xınayaxdılara gedirdim. Daha sonra kişi və qadın olan məclislərdə iştirak etməyə başladım”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “7 canlı” proqramında qonaq olarkən deyib.
Məşhur müğənni efirdə toy görüntüləri təqdim olunan zaman özəl günü barədə xatirələrini bölüşüb. O, həmçinin evdarlığından da söz açıb:
“O illərdə Azərbaycanda ara qarışmışdı, mən, oğlum və həyat yoldaşım Türkiyəyə köçdük. Hətta mənə oranın vətəndaşlığını da verdilər. O dövrlərdə bütün ev işləri ilə özüm məşğul oldum. İstəmirdim ki, oğlum mağaza qidaları qəbul etsin”.