Müğənni Xatirə İslam sosial şəbəkələrdə “Tarqovı Mətiş” kimi tanınan kimsəsiz qadın üçün polisə müraciət edib.
OLAY yazır ki, o bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb. Həmin qadının çətin vəziyyətdə olduğunu söyləyən sənətçi polislərə səslənib:
“Oğlu hər gün anasını döyür. Qonşuların verdiyi yeməyi alıb zibilə atır. Ananın ağlı kəsmir ki, kömək istəsin. Nə olar, kömək edin.
Polislərimiz, nə olar biganə qalmayın. Bu qadın məşhur, dilənçidir, hamı sevir, pul verir. Balası da anasını döyüb o pulları oğurlayır. “Patı” çıxaranın atasına lənət olsun”.