Olay
Olay

“Qızımın atasını bütün Azərbaycan bilir” - Ayan

“Qızımın atasını bütün Azərbaycan bilir” - Ayan

“Mənim övladımın atasının kimliyini bütün Azərbaycan bilir. Bu gün Selenanın (qızı- red) şəklini paylaşıram, hamı yazır ki, atasına necə oxşayır”.

OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Səhər Mərkəzi” proqramına qonaq olarkən deyib.  

Sənətçi uzun fasilədən sonra şəxsi həyatı barədə açıqlama verib.  

Ayan “Onun atasını açıqlamağa ehtiyac yoxdu. Qızımın anasını da, atasını da hamı tanıyır.  Ayan zamanında bu addımı atıb, hər kəs bilir. Mənim üçün çox xoş olan bir hadisədir.  Mən sevmişəm, aşiq olmuşam. Övladım eşq övladıdır. İstəyərək övladı dünyaya gətirmişəm. Selena ata və anasını çox sevir. Düşünürəm ki, xoşbəxt övladdır”,- deyə vurğulayıb.  

Qeyd edək ki, Ayanın  2013-cü ildə idmançı Füzuli Musayevlə nikahından Selena adlı qız övladı dünyaya gəlib.  

Onlar yeddi illik münasibətindən sonra yollarını ayırıb.