Olay
Olay

“İplikçi Nedim” vəfat etdi

“İplikçi Nedim” vəfat etdi

“Kurtlar Vadisi” serialının İplikçi Nedimi, aktyor İsmail İncekara vəfat edib.

OLAY yazır ki, sənətçi bu gün səhər saatlarında dünyasını dəyişib. Bu barədə aktyor Zafer Algöz məlumat yayıb.

Qeyd edək ki, 1950-ci ildə anadan olan ustad aktyor və teatr rəssamı İsmail İncekara Bursada anadan olub. Uşaqlıq illərini Kanlıca və Sakaryada keçirib. Orta təhsilini Kabataş Liseyində internat məktəbində bitirdikdən sonra təhsilini İstanbul Universitetinin İqtisadiyyat fakültəsində davam etdirib. Ankara Dövlət Konservatoriyası Ali Bölümünü bitirib. İsmail İncekara təhsilini bitirdikdən sonra İstanbul Dövlət Teatrında işləməyə başlayıb.

İncekara indiyədək “Zincirbozan”, “Kocan kadar konuş”, “Aliye” və başqa layihələrdə rol alıb.