Müğənni Qədir Qızılsəsin ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat yanlışdır.
Bu barədə ifaçının özü OLAY-a açıqlama verib:
“Bayaqdan telefonum dayanmır. Şükür, yaxşıyam. Bilmirəm məndən nə istəyirlər, əl çəkmirlər. Hər şey yaxşıdır, sadəcə olaraq paxıl insanlardır o xəbəri yayanlar. Çox ayıbdır. Zəng üçün təşəkkür edirəm, narahat olmayın, hər şey qaydasındadır”.
Qızılsəs efirlərdə az-az görünməsinin səbəbininin isə şəhidlərimizlə əlaqəli olduğunu qeyd edib.