Məşhur müğənni Nura Suri instaqramdakı son paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, estrada ifaçısı hesabında bir zamanların populyar qrupu olan "Dəyirman"ın solistləri ilə lentə aldığı fotonu yayıb. Suri şəklin 2004-cü ildə çəkildiyini qeyd edib.
O, hazırda qrup dağıldıqdan sonra solo karyerasına davam edən ABD Malikin adını işarələyib, digər solist Elmir Məhərrəmovun instaqram hesabını tapmadığını qeyd edib.
Nura paylaşıma "sütül vaxtlarımız",- şərhini verib.