Dünyaca məşhur modelyer Viktoriya Bekhem və gəlini Nikola Peltz Bekhem arasındakı qalmaqal səngimək bilmir.
OLAY yazır ki, Bruklin Bekhem ötən günlərdə xanımı ilə anasının dəfiləsini izləməyə gedib.
Onların bu addımının barışıq üçün olduğu düşünülsə də, Nikola qayınanasına qarşı soyuq davranıb.
Belə ki, o, təşəkkür üçün yanlarına gələn Viktoriyanın üzünə baxmayıb. Bekhem oğlu ilə danışarkən o, ətrafdakılarla söhbət etməyi seçib. Həmin anlar sosial şəbəkələrdə gündəm olub. Buna baxmayaraq, Viktoriya öz instaqram hesabında Nikola və Bruklinin fotolarını paylaşıb.