İranlı din xadimi Molla Ahmed İrvaninin qızının toy görüntüləri sosial şəbəkədə böyük əks-səda doğurub.
OLAY yazır ki, Məhsa Əmininin ölümündən sonra İranda başlayan etirazlar hələ də davam edərkən, qatı şəriət tərəfdarı olan İrvaninin qızının ABŞ-da baş tutan müasir toyu gündəm olub.
Sosial şəbəkədə sürətlə yayılan görüntülərdə din xadiminin qızının əri ilə öpüşdüyü səhnələr xüsusi diqqət çəkib.
Sözügedən toy mərasimi İranda sərt qarşılanıb.
Xatırladaq ki, 22 yaşlı Məhsanın hicab qaydalarına əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranda etirazlar başlayıb.