Xalq artisti Röya Ayxan gecə saatlarında dünyasını dəyişən həmkarı Rəhim Rəhimli barədə paylaşım edib.
OLAY yazır ki, sənətçi instaqramda bunları qeyd edib:
“Azərbaycan incəsənətinə ağır itki oldu. Ailəsinə, Rəhim Rəhimli pərəstişkarlarına başsağlığı diləyirəm. Kədərinizə şərikəm. Allah rəhmət eləsin”.
Xatırladaq ki, Röya Ayxan 2015-ci ildə KİV-ə açıqlama verərək Rəhimlə yaxın dostluğunu bitirdiyini açıqlamışdı.
Dilşad Bəhruzqızı