Olay
Olay

Votsap istifadəçiləri üçün təhlükə

Votsap istifadəçiləri üçün təhlükə

Votsap messencerinin tərtibatçıları “iPhone” smartfonları və “Android” sistemində kritik boşluq yaranıb.

OLAY yazır ki, bu barədə tətbiqin saytında məlumat verilib.

Qeyd olunur ki, kibercinayətkarlar videozəngdən istifadə etməklə smartfonda ixtiyari kod icra etmək üçün boşluqdan istifadə edə bilər. Tərtibatçıların fikrincə, hücum edənlərin virusu gizlətməyi öyrəndikləri videoya baxaraq sındırılma təhlükəsi də var.

Uzaqdan kod icrası həmçinin məlumat oğurlamaq üçün smartfonunuza casus proqramlar quraşdırmağa imkan verir. Proqramın müəllifləri bildiriblər ki, Votsapın daxilindəki boşluqların hər biri istənilən istifadəçi üçün son dərəcə təhlükəlidir.