Məşhur türk müğənni Özcan Denizin Bakı konsertinin yeni vaxtı dəqiqləşib.
OLAY yazır ki, sənətçi 25 oktyabrda Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
Qeyd edək ki, sərhəddəki gərginlik və Azərbaycan ordusunun şəhid verməsi ilə əlaqədar olaraq ifaçının sentyabrın 16-da planlaşdırılan konserti təxirə salınmışdı.
Xatırladaq ki, Özcan illər əvvəl Emin Sabitoğlunun “Dağlar” mahnısını efirdə erməni dilində oxumuş, sözügedən bəstəni Ermənistan xalq mahnısı kimi təqdim etmişdi. Onun bu addımı Azərbaycan ictimaiyyəti tərəfindən tənqid edilmişdi. Daha sonra Özcan “Mi gna” adlı erməni mahnısını komandası ilə birgə ifa edərək sosial şəbəkədə paylaşmışdı. Linç edilən Ö.Deniz azərbaycanlılardan üzr istəmişdi.