Olay
Olay

“Tolgshow” da başqa tarixdə keçiriləcək

“Tolgshow” da başqa tarixdə keçiriləcək

Bakı Konqres Mərkəzində baş tutması planlaşdırılan daha bir konsert proqramı təxirə salınıb.

Bakı Konqress Mərkəzindən OLAY-a verilən məlumata görə, Tolqa Çevikin 17 sentyabrdakı “Tolgshow” adlı şousu qeyri-müəyyən tarixə keçirilib.

Sərhəddəki gərginlik və Azərbaycan ordusunun 50 şəhid verməsi ilə əlaqədar bu cür addım atıldığı bildirilir. Konsert biletlər təyin olunan yeni tarixdə də keçərli olacaq.

Qeyd edək ki, Xalq artisti Röya Ayxan, türk müğənni Özcan Denizin də konsertləri təxirə salınıb.