Olay
Olay

Obsesif pərəstişkarını polisə şikayət etdi

Obsesif pərəstişkarını polisə şikayət etdi

Məşhur müğənni Sibel Canın evinə gələrək hədiyyələr qoyan obsesif (Obsesif kompulsif pozğunluğu xəstəliyi - red) pərəstişkarı narahatlığa səbəb olub.

OLAY yazır ki, sonuncu dəfə ifaçının evinə paltar və qırmızı şam göndərən şübhəli şəxs israrla hədiyyələri müğənninin özünə şəxsən təslim etmək istədiyini vurğulayıb.

Yaranan gərginlik qarşısında Canın sürücüsü həmin şəxsi polisə şikayət edib.

Polis tərəfindən nəzarətə götürülən fanat sadəcə Sibel Cana heyran olduğunu və hədiyyələri də bu səbəbdən göndərdiyini, heç bir pis niyyətinin olmadığını vurğulayıb.

Sənətçi isə haqqında istintaq başladılan pərəstişkarından şikayətçi olmadığını bildirib.