Müğənni Aysun İsmayılova atası ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, anası Rəqsanə İsmayılovanın yutubda yayımlanan “Göz önündə” layihəsində danışıb.
Aysun deyib ki, atasını uşaq vaxtı görmək istəyib, lakin bu, mümkün olmayıb:
“Atamı uşaq olanda axtarmışam. Ondan atalıq görməmişəm, yanımdan keçsə, tanımaram. Onu tanımaq üçün addım atdım, sən bilmədin. Uşaq idim, 12-14 yaşım olardı. Nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki mənə hər kəs deyir ki, sən Yaşara (atası - red.) oxşayırsan. Onun üçün mənə maraqlı idi. Goranboya getdik. Heç özü qarşıma çıxmadı, dedi ki, mənim o adda qızım yoxdur. O, o sözü deyibsə, deməli, mənim də o adda atam yoxdur. Yadımda deyil, deyəsən, əmim çıxdı, dedi ki, atan səni görmək istəmir. Məni tapmaq o qədər də çətin deyil. İstəyən ata bu illər ərzində axtarıb tapardı. Mən ondan nə var istəməmişəm, nə dövlət istəməmişəm, heç nə istəməmişəm”.