Olay
Olay

Edisdən pərəstişkarlarını kədərləndirən xəbər

Edisdən pərəstişkarlarını kədərləndirən xəbər

Türkiyənin pop ulduzu Edisdən pərəstişkarlarını kədərləndirəcək xəbər gəlib.

OLAY yazır ki, ifaçı Avropa turunu ləğv etdiyini açıqlayıb.

Bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Təşkilat şirkətinin lazımi şərtləri yerinə yetirə bilməməsi və texniki çatışmazlıqlar səbəbindən Avropa turumuzu ləğv etmək qərarına gəldik. Çox təəssüf edirəm...”, - deyə, Edis qeyd edib.