Olay
Olay

Naməlum şəxs evlərinə girdi

Naməlum şəxs evlərinə girdi

Los-Ancelesdə naməlum şəxs dünyaca məşhur müğənni Castin Biber və model həyat yoldaşı Heyli Biberin evinə daxil olub.

OLAY yazr ki, mühafizəçilərin yanından ötüb keçən kişi evin həyətinə girməyi bacarıb.

Təhlükəsizlik xidməti onu görən kimi isə hasardan tullanaraq qaçmağa başlayıb.

Mühafizəçilər onun arxasınca düşsə də, kişini tutmaq mümkün olmayıb.

Hadisə zamanı Castin və həyat yoldaşı evdə olmayıb.