Olay
Olay

Deputat özünü Ancelina Coliyə bənzədir?

Deputat özünü Ancelina Coliyə bənzədir?

Millət vəkili Fatma Yıldırımın müsahibəsi zamanı “Seçicilərim məni Ancelina Coliyə bənzədir” dediyi iddia olunub.

OLAY yazır ki, sosial şəbəkə hesabında paylaşım edən F. Yıldırım onun adından yayılan sitatla bağlı açıqlama yayıb.

“Əziz həmvətənlərim! Dünəndən sosial şəbəkələrdə mənim adımdan həqiqəti əks etdirmiyən, feyk xəbərlər paylaşılır. Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarekterli məlumatlar tamamilə yalandır! Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!”, - deyə, deputat qeyd edib.