Olay
Olay

Van Dammın oğlundan Azərbaycana dəstək!

Van Dammın oğlundan Azərbaycana dəstək!

Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer Van Damm Azərbaycanla bağlı paylaşım edib.

OLAY yazır ki, Kristofer Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatlarda ölkəmizə dəstəyini bildirib.

O, Şəhidlər Xiyabanında ucaldılmış Əbədi Məşəl abidəsinin görüntülərini paylaşaraq “Həqiqət üçün dua edin” şərhini qeyd edib.

Kristoferin həyat yoldaşı, azərbaycanlı pianoçu Suada Hacızadə isə sözügedən paylaşıma “Həqiqət və ədalət öz yerini tapacaq. Çox sağ ol”, - deyə, şərh yazıb.