Uzun müddətdir maraqla gözlənilən və noyabrın 1-dən ekrana gələn “Üç kuruş” serialı sosial şəbəkələrdə müzakirə doğurub.
Qaraçıların həyatından bəhs edən ekran işinə hətta siyasətçilər də reaksiya verib.
OLAY yazır ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir üzrə millət vəkili Özcan Purçu serialı “RTÜK”ə şikayət edib. O, buna səbəb kimi qaraçılara qarşı ayrıseçkilik edildiyini göstərib.
Qeyd edək ki, sözügedən serialda azərbaycanlı aktrisa Nəsrin Cavadzadə də rol alır.