Olay
Olay

“Vətən qoruyucularına güc arzulayırıq”

“Vətən qoruyucularına güc arzulayırıq”

Azərbaycanın Xalq artisti, Rusiyanın məşhur müğənnisi Emin Ağalarov Ermənistan təxribatı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi instaqramdakı hesabında Kəlbəcər konsertindən görüntülər paylaşaraq əsgərlərə güc arzulayıb:

“Bu yaxınlarda Vətənimizin gözəl guşələrindən biri olan Kəlbəcərdə, cəsur hərbiçilərimiz üçün populyar artistlərlə birgə konsert vermişdik. Bu gün isə münaqişənin yenidən başlanması ilə bağlı Vətən qoruyucularına güc və mərdlik arzulayırıq! Azərbaycan sizinlədir”.