Olay
Olay

Azərbaycan filmi “Venesiya”da

Azərbaycan filmi “Venesiya”da

İtaliyada 79-cu Venesiya Film festivalı davam edir.

OLAY yazır ki, festivalda təqdim olunan ekran işləri arasında “Banu” filmi də yer alıb.

Bu barədə filmin rejissoru və baş rol ifaçısı Təhminə Rafaella sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, premyeradan olan fotoları instaqramda izləyiciləri ilə bölüşüb.

Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan “Banu” filmində Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və Emin Əskərov rol alıblar.

Qeyd edək ki, sözügedən filmdə hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir.