İbrahim Tatlısesin qalmaqal yaşadığı oğlu Ahmet Tatlıses atasına növbəti dəfə açıqlama verib.
OLAY yazır ki, o, onu “artist” adlandıran İbrahimlə bağlı instaqramda paylaşım edib.
“Son zamanlar yaşanılanlarda yenə təəccübləndim. Oxuduğum, israrla edilən açıqlamalar gündəmdən düşmür. Artistlik nədir bilmirəm, bu mənim peşəm deyil”.
Qeyd edək ki, bir müddət əvvəl İ. Tatlıses oğlunu övladlıqdan rədd etmiş, onun güllələndiyi ərəfədə Ahmetin kassanı boşaltdığını demişdi. Ötən günlərdə ağır qəzaya düşən Tatlısesin yanına oğlu da getmişdi. Lakin “İmparator” bundan sonra oğlunu “artist” adlandırmış, qeyri-səmimi olduğunu söyləmişdi.