AzTV-də xəbərlər və “Gəncsən” verilişinin aparıcısı Leyla Ağayeva Azərbaycandan köçüb.
OLAY yazır ki, bu barədə Leyla sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qızı ilə hava limanından görüntülərini paylaşan aparıcı ölkədən birdəfəlik getdiyini vurğulayıb.
“Heç kim bilmir sonuncu xudahafiz nə vaxtdır. Allah heç kimə sonuncu sağollaşmanı yaşatmasın. Nəhayət “One way ticket, baby” (Birtərəfli bilet)... ABŞ, Vaşinqton”, - deyə, Ağayeva paylaşımında qeyd edib.