Olay
Olay

“Ərim Xurşidbanu nəslindəndir”

“Ərim Xurşidbanu nəslindəndir”

Müğənni Mina Hüseyn həyat yoldaşı və özü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Mina deyib ki, əri türk vətəndaşı deyil, azərbaycanlıdır: 

“Həyat yoldaşım şuşalıdır. Xan qızı, görkəmli şairəmiz Xurşidbanu Natəvanın nəslindəndir. Mən də ziyalı nəslin nümayəndəsiyəm, ailəmizdə Xalq artistləri, Əməkdar artistlər var. Və nə həyat yoldaşım, nə də mən daha əvvəl ailəli olmuşuq. Bu ikimizin də ilk qanuni evliliyidir. O ki qaldı ana olmağıma... Bu məlumat da yanlışdır”.

Qeyd edək ki, M. Hüseyn bir müddət əvvəl ailə qurmuş, sosial şəbəkə hesablarını bağlamışdı. Ötən günlərdə səhifəsini aktiv edən Minanın türk vətəndaşı ilə evləndiyi və ana olacağı iddia olunmuşdu.