Olay
Olay

Ağakərimin səhhəti necədir? - Açıqlama

Ağakərimin səhhəti necədir? - Açıqlama

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzovun (Ağakərim) səhhətində bir dəyişiklik yoxdur.

Bu barədə OLAY-a onun oğlu Kamil Novruzov məlumat verib. O bildirib ki, atasının müalicəsi evdə davam edir:

“Heç bir dəyişiklik yoxdur. Nə müsbətə, nə də mənfiyə doğru. Yataq şəraitində həyatına davam edir. Hazırda vəzyiyət eleədir ki, həkimlər gəlirlər müalicə yazırlar, dərmanları alırıq. Nə vaxtsa düzəlməyinə ümid var. Özü də danışa bilir”.  

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Ötən il isə yenidən insult keçirib.