Olay
Olay

Səfirlikdən Rəhimbəyovanın vəfatı ilə bağlı paylaşım

Səfirlikdən Rəhimbəyovanın vəfatı ilə bağlı paylaşım

Azərbaycanın Amerikadakı səfirliyi müğənni, aktrisa Firəngiz Rəhimbəyovanın vəfatı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, səfirliyin tvitter hesabında sənətçinin ailəsinə başsağlığı verilib.

Paylaşımda qeyd olunub:

“Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova Los-Anceles şəhərində vəfat edib. Ağır itki ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhu şad olsun!”.

Qeyd edək ki, F. Rəhimbəyova bir neçə gün əvvəl 62 yaşında ürəktutmasından vəfat edib.