Olay
Olay

“Düşünürəm ki, yaşamağa dəyər”

“Düşünürəm ki, yaşamağa dəyər”

Ötən gün Xalq artisti Afaq Bəşirqızının 67 yaşı tamam olub.

OLAY yazır ki, aktrisa sosial şəbəkə hesabında paylaşım edərək onu təbrik edənlərə təşəkkürlərini bildirib:

“Dünən saat 5-dən telefonum susmur. Özümü xoşbəxt hiss edirəm. Çünki mən bu məhəbbəti, qayğını, sevgini qazanmışam, ona görə də çox rahatam, çox sevinirəm. Heç nəyə söz vermirəm, ancaq arzum budur ki, tezliklə səhnədə sizinlə görüşüm. Yenə də sizinlə təmasda olum, sizinlə bir gülüm, bir güldürüm, sizinlə bir yaşayım o hissləri, o həyəcanları. Allah məni sizsiz, məni də səhnəsiz qoymasın. Bütün sənət yoldaşlarıma, incəsənət xadimlərinə və xaricdə yaşayan dostlarıma, hamıya öz minnətdarlığımı bildirirəm. Bu anlarda düşünürəm ki, yaşamağa dəyər. Hə, dostlar, yaşamağa dǝyǝr!”.