Olay
Olay

Qəza keçirən Hollivud ulduzu vəfat etdi

Qəza keçirən Hollivud ulduzu vəfat etdi

Ötən həftə avtomobil qəzası keçirən 53 yaşlı Hollivud ulduzu Enn Heç vəfat edib.

OLAY yazır ki, bu barədə aktrisanın ailəsi məlumat yayıb.

Qeyd edək ki, sənətçi ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi. Onun içkili olduğu deyilsə də analizlər zamanı qanında spirt müəyyən edilməyib. Lakin onun orqanizmində narkotik maddələr aşkarlanıb. Eyni zamanda aktrisanın ailəsi onun orqan donoru olacağını bildirib.