Cənubi azərbaycanlı olduğu düşünülən müğənni Nihat Doğanın xanımı Arzu Doğan (Arezoo Gharlar) fars əsillidir.
Bu barədə OLAY-a sənətçinin prodüseri Sercan Eriş məlumat verib.
O bildirib ki, A. Doğan tehranlıdır: “Farsdır. Özü də Tehrandandır”.
Qeyd edək ki, Arzu N. Doğanın fanatıdır. Onlar təxminən 1 ildir münasibətdədir və uşaqları dünyaya gələcək. Cütlüyün toyu isə ötən gün baş tutub.